Gavalı piroqu

Tərkibi:
  • Yumurta – 1 ədəd
  • Şəkər tozu – 110 qr.
  • Kərə yağı – 60 qr.
  • Un – 100 qr.
  • Süd – 60 ml.
  • Qabartma tozu – 1 ç.q.
  • Gavalı – 4-5 ədəd

Hazırlanması:
Otaq temperaturunda olan kərə yağ ilə şəkər tozunu bir qaba tökürsüz və qarışana kimi mikserdə çalırsınız. Sonra yumurtanı əlavə edirsiniz, çalırsız. Unu, qabartma tozunu da tökürsüz və qarışdırmağa davam edirsiz. Sonda süd əlavə edirsiniz.
Davamı →

Portağal piroqu

Tərkibi:
— Un — 250 qr
— Yumurta — 4 ədəd
— Şəkər tozu — 150 qr
— Portrağal — 1 ədəd
— Vanil — 1 bağlanma
— Qabartma tozu — 2 çay qaşığı
— Kərə yağı — 200 qr

Hazırlanması:
1. Bütün ingrediyentlər ev temperaturunda olmalıdır.
2. Kərə yağı şəkər tozu ilə mikserlə yaxşı qarışdırılır.
Davamı →

Bananlı piroq

Şirniyyat, desertlər, tortlar hazırlamağa vaxtınız olmadıqda marketlərdə satılan hazır şirniyyatları almaq məcburiyyətində qalırsız. Bəzən bu şirniyyatların saxlanma müddəti keçir, ya da tərkibində mənşəyi məlum olmayan maddələr olur. Bütün bunlar is sağlamlığınıza zərər verə bilər.

Ərzağınıza və vaxtınıza qənaət edərək hazırlayacağınız banan piroqu ilə sevdiklərinizin sağlamlığını qoruyaraq onları sevindirə, hətda körpə uşaqlara belə ürək rahatlığı ilə verə bilərsiniz.
Davamı →

Mandarin piroqu

Tərkibi:
  • 375 q (3-4) mandarin
  • 6 yumurta
  • 1 st. + 2 qaşıq şəkər tozu (225 q)
  • 0,5 ç.q. mandarin və ya vanil cövhəri
  • 255 q un
  • 1 ç.q. qabartma tozu
  • şəkər tozu (bəzək üçün)

Hazırlanması:
Bütöv mandarinlərin üzərinə çıxanadək soyuq su tökün, 2 saat bişirin.

Suyunu süzün, mandarinləri 4 bölüb dənələrini çıxarın.

Blenderdə püre halına gələnədək xırdalayın.

Sobanı 180 dərəcə qızdırın. 25 sm diametrli formanı yağlayıb perqament döşəyin.

Yumurtaları çalın, şəkər tozu və cövhər əlavə edin. Unla qabartma tozunu ələyin, bunun üçdə birini yumurtalara əlavə edin, sonra bir qədər mandarin püresi qatın, yenə çalın, tədricən un və püre əlavə edərək eynicinsli kütlə alınanadək qarışdırın. Formaya tökün.

30-40 dəqiqə, üzəri qızılı rəng alanadək bişirin. Piroqu dəmir şəbəkənin uzərinə qoyub tam soyudun, yalnız bundan sonra formadan çıxarın, üzərinə şəkər pudrası səpin.
Davamı →

Kivi piroqu

Tərkibi: Kivi piroqu
  • 0,5 st. limonad (yaxud sevdiyiniz başqa mineral qazlı su)
  • 0,5 st. bitki yağı
  • 1 st. şəkər tozu 
  • 3 yumurta
  • 1 st. un
  • 2 ç.q. qabartma tozu
  • 2 x.q. xaş-xaş (bunsuz da olar)
  • 2-3 kivi 

ştreyzel üçün: 
  • 1/4 st. şəkər tozu
  • 1/4 st. un 
  • 50 q kərə yağı 

Hazırlanması:
Şəkər tozu əriyənədək yumurta ilə çalın. Limonad və yağı əlavə edin, qarışdırın. 
Unu qabartma tozu ilə qarışdırın, hissə-hissə yumurtalı qarışığa əlavə edib qarışdırın. Xaş-xaş vurun, yenə qarışdırın. 

Dördbucaqlı sinini yağlayın, un səpin. Yaxud da içinə folqa çəkin. 
Xəmiri içinə tökün, hamarlayın. Üstünə nazik doğranmış kivi düzün. 

Ştreyzel hazırlayın: un, yağ və şəkəri qarışdırın, ovma alınacaq. Bunu piroqun üstünə səpin. 

180 dərəcə qızdırılmış sobada təxminən 40 dəqiqə, üstü qızaranadək bişirin. Hazır olub-olmadığını kibrit çöpü ilə yoxlayın.

Nuş olsun!
Davamı →

Şokoladlı piroq

Tərkibi:
 

  • 250 qram su
  •  130 ml bitki yağı
  •  180 qram şəkər tozu
  •  1 x.q. vanil
  •  1 x.q. kakao
  •  350-380 qram un
  •  1,5 ç.q. qabartma tozu
  •  100 qram kişmiş
  •  100 qram qoz ləpəsi, fındıq

 
Hazırlanma qaydası:
 

Dərin boşqaba su töküb, üzərinə şəkər tozu və vanil əlavə edərək  həll olunana qədər qarışdırın. Sonra üzərinə bitki yağı töküb, yenidən qarışdırın.
 
100 qram unu ələkdən keçirin, kakao və qabartma tozu ilə qarışdırın. Sonra unlu qarışığı boşqabdakı şəkərlə qarışdırılmış suyun üzərinə tökün.
 
Daha sonra qalan unu ələkdən keçirib, hazırladığınız qarışığa  əlavə edərək, xəmir yoğurun.  Xəmir qatı xama kimi olmalıdır.
 
Kişmişi yuyub qurulayın, 1 xörək qaşığı unla qarışdırın.
 
Fındıq və qoz ləpəsini xırdalayıb, xəmirə əlavə edin.
 
Xəmiri  qarışdırıb, forma qabına tökün.
 
Piroqu 180 dərəcə qızdırılmış sobada  45-50 dəqiqə ərzində bişirin.
 
Nuş olsun!
Davamı →